Ordubada güclü yağış avtomobil yolunu bağlayıb - FOTO

16:35 20.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Naxçıvanın Ordubad rayonunda yağan güclü yağış səbəbindən hündür dağlardan gələn torpaq və daşlar Pəzməri kənd avtomobil yoluna tökülüb.

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, nəticədə nəqliyyat vasitələrinin hərəkəti dayanıb.

Yolun açılması üçün hadisə yerinə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları və texnikası əraziyə cəlb olunub.

Qısa müddət ərzində yol təmizlənib və hərəkət bərpa edilib.